Yuxarı

Yalama–Keşlə sərnişin qatarı yandı - Foto/Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yalama–Keşlə sərnişin qatarı yandı - Foto/Video

09:29

Azərbaycanda Yalama dəmiryol keçidində sərnişin qatarında yanğın baş verib.

Axar.az xəbər verir ki, Xızı rayonunun Stalçay qəsəbəsilə Yaşma qəsəbəsi ərazisindəki dəmiryolu ilə hərəkətdə olan Yalama–Keşlə sərnişin qatarında baş verən yanğında xəsarət alanlar olmasa da, 3 vaqona ciddi ziyan dəyib. Bir andaca alışan qatarı maşinist dərhal saxlayıb. Onun sayığlığı nəticəsində qatardakı sərnişinlər arasında xəsarət alan olmayıb. O, dərhal qatarı saxlayaraq polislərin insanları təxliyə etməsinə imkan yaradıb.

Yanğın qısa müddət ərzində söndürülüb. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən əməkdaşımıza verilən məlumata görə, qatardakı sərnişinlər avtomobil nəqliyyat vasitələri ilə Bakıya yola salınıb.

Yanğının səbəbləri Xızı Prokurorluğunda araşdırılır.

Tarix
2015.05.21 / 17:13
Müəllif
Ruhiyyə Daşsalahlı
Digər xəbərlər

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla