Yuxarı

Murad Dadaşovdan daha bir nümunə - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Murad Dadaşovdan daha bir nümunə - Foto

ANS TV-də yayımlanan "Maşın" realiti-şou bu gün də efirə getməyəcək.

Layihənin rəhbəri və aparıcısı Murad Dadaşov ans press-ə açıqlamasında, layihənin Bakıda baş verən məlum faciə ilə bağlı təxirə salındığını bildirdi:

"Xalqın ayrılmaz hissə olan bir vətəndaş olaraq Binəqədi rayonunda baş verən faciə bizə çox pis təsir etdi. Gözlənilməz faciə baş verən dəqiqədən sonra "MGP" (M Group Production) və ANS TV ilə müştərək qərar qəbul edərək "Maşın" şounun efirini təxirə saldıq. Biz hamıdan tez belə qərar verdik. Başqa cür ola da bilməzdi!

Maşının tarixində ilk dəfə olaraq yayımı dayandırdıq. Bu bizim vicdan borcumuz idi. Onlar arasında azyaşlı uşaqların da olması acımızı ikiqat çoxaldır. Çox ağrılıdır.

Milli adətlərimizi nəzərə alaraq bu gün də efirə çıxmayacağıq. Bu gün faciəvi şəkildə həlak olanların 3 mərasimi və ilk cümə axşamıdır.

Sənətçi dostlarımla dünən onları ziyarət etdik. Verə biləcəyimiz dəstək onların yanında olub, əllərindən tutmaqdır. Şou efirə getməyən bizə çoxsaylı zənglər, müraciətlər oldu. Səbəbi açıqladıqda anlayışla qarşıladılar. Bizim bu qərarımızı anlayışla qarşıladılarına görə, tamaşaçılarımıza və sponsorlarımıza çox minnətdaram.

Faciənin miqyasını dərindən hiss edir, ölənlərin yaxınlarına dərin hüznlə baş sağlığı veririk. Allahın rəhminə sığınaraq, geridə qalanların sağ salamat qurtulmasını diləyirik".

Tarix
2015.05.21 / 13:44
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla