Yuxarı

Vahidlə bütün Azərbaycan xalqı fəxr edir - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vahidlə bütün Azərbaycan xalqı fəxr edir - Deputat

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonu Əyyublu kənd sakini, Vətən müharibəsi şəhidi Vahid Qurbanovun valideynləri Elşad Nurəddin oğlu Qurbanov və Nurlana Əli qızı Babayeva ilə görüşüb.

Axar.az xəbər verir ki, Q.Paşayeva şəhid valideynlərini düşmən üzərində tarixi zəfər münasibətilə təbrik edib.

Deputat şəhidimiz Vahid Qurbanovun Vətən uğrunda göstərdiyi qəhrəmanlıqdan, fədakarlıqdan danışıb:

“Sizin oğlunuzun və onun cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Oğlunuz Vahid Vətən müharibəsində cəsarətlə iştirak edib, canını canından əziz tutduğu Vətənimiz uğrunda fəda edib.

Oğlunuz Azərbaycan Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. İndi onunla yalnız siz valideynlər, ailə üzvləri deyil, bütünlüklə qədirbilən xalqımız fəxr edir. Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik! Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb”.

Q.Paşayeva şəhid valideynlərinə Mədəniyyət Komitəsi adından məktub və üzərində “Qarabağ Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.

Tarix
2021.01.12 / 11:07
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla