Yuxarı

Rusiya Qəhrəmanı Yusifov anası üçün ianə yığır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Qəhrəmanı Yusifov anası üçün ianə yığır?

Hakerlər Rusiya Qəhrəmanı, pilot Dəmir Yusifovun İnstaqram hesabını ələ keçiriblər.

Axar.az xəbər verir ki, bu barədə Ural Hava Yolları aviaşirkəti məlumat yayıb.

Cinayətkarlar Dəmir Yusifovun adından “anasının əməliyyatı üçün” yardım xahiş ediblər və bank rekvizitləri paylaşıblar.

Ural Hava Yolları səhifədə göstərilən bank rekvizitlərinin fırıldaqçılara məxsus olduğunu açıqlayıb və ora hər hansı ianə edilməməsi üçün çağırış edib.

Qeyd edək ki, 2019-cu ilin avqust ayında Dəmir Yusifov və həmkarı Georgi Murzin Ural Hava Yolları təyyarəsinin qarğıdalı sahəsində təcili enişini həyata keçirmişdilər. Həmin vaxt mühərrikə quş girmiş və o alışmağa başlamışdı.

226 sərnişinin (o cümlədən 6 ekipaj üzvü) həyatını qurtardıqları üçün hər iki pilot “Rusiya qəhrəmanı” adı alıb.

Xatırladaq ki, D.Yusifov azərbaycanlıdır.

Tarix
2021.01.12 / 10:52
Müəllif
Fatimə Zülfüqar
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla