Yuxarı

FHN “Rifah Plaza”nı cərimələdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN “Rifah Plaza”nı cərimələdi

Fövqəladə Hallar Nazirliyi Rifah Plaza MMC-nin inzibati qaydada cərimə edilməsi barədə protokol tərtib edib.

Axar.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsi protokola əsasən şirkəti cərimələyib.

"Rifah Plaza” İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci (tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş yazılı göstərişlərinə və tikinti işlərinin dayandırılması ilə bağlı qərarlarına, habelə tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun həmin məcəllə ilə müəyyən edilmiş yazılı göstərişlərinə və qərarlarına əməl etməməyə görə) maddəsi ilə təqsirli bilinib.

Bu inzibati xətaya görə hüquqi şəxslər 15 manatdan 20 min manatadək məbləğdə cərimə edilir.

“Rifah Plaza” qərardan apellyasiya şikayəti verib.

Qeyd edək ki, Rifah Plaza MMC çoxmərtəbəli binaların tikintisi ilə məşğul olur.

Tarix
2021.01.12 / 11:59
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla