Yuxarı

4,5 ton yararsız qaymaq məhv edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
4,5 ton yararsız qaymaq məhv edildi

Nəzarət tədbirləri çərçivəsində “İtalika Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İtaliyadan ölkəmizə idxal olunan “Hopla” əmtəə nişanlı qaymaq məhsulundan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinə edilib.

Bu barədə Axar.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Qeyd olunub ki, aparılan müayinələr nəticəsində qaymaq məhsulunda mezofil aerob və fakultativ-anaerob mikroorqanizmlərin miqdarının normadan çox olduğu, məhsulların qüvvədə olan texniki normativ sənədlərin tələblərinə cavab vermədiyi müəyyən olunub.

Bununla bağlı istifadəyə yararsız “Hopla” əmtəə nişanlı 0.5 litrlik qablaşdırmada, ümumi çəkisi 4572 kq olan məhsul partiyası “Təhlükəli Tullantılar” poliqonunda Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Tarix
2021.01.12 / 19:11
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla