Yuxarı

Millət vəkili qazi zabitimiz və xanımı ilə görüşdü – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili qazi zabitimiz və xanımı ilə görüşdü – Foto

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin qazisi, leytenant Abbas Yusifov və onun xanımı ilə görüşüb.

Axar.az xəbər verir ki, zabitimizi düşmən üzərində tarixi zəfər və bugünlərdə ailə həyatı qurması münasibəti ilə ürəkdən təbrik edən Q.Paşayeva ona möhkəm can sağlığı, ilk günlərini yaşadığımız yeni ildə yeni uğurlar diləyib.

“Siz uşaqlıqdan hərb sənətinə maraq göstərmisiz. Ermənistanın vəhşiliyini, müharibə kadrlarını yalnız televiziyalarda görməmiş, eləcə də doğulduğunuz Qazax rayonunda baş verən atışmalarda biləvasitə şahidi olmusuz.

Siz Vətən Müharibəsində Tərtərdə, Suqovuşanda döyüşmüsüz, sentyabrın 30-da isə düşmənin basdırdığı minaya düşərək ayağınızdan ağır xəsarət almısız. Sizin “Biz döyüşlərə canımızı verməyə getmişdik, amma Vətən ayağımızı aldı” sözləriniz məşhurdur.

Cənab Prezident sizi 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Siz müharibə dövründə nişanlı idiz. Artıq öz vəfalı nişanlınızla ailə həyatı qurmusuz. Sizi bir daha təbrik edir, gözəl xanımınızla birgə xoşbəxtlik arzulaylram” – millət vəkili deyib.

Q.Paşayeva qaziyə Mədəniyyət Komitəsi adından təbrik məktubu təqdim edib.

Qazi və onun xanımı səmimi görüş üçün Komitə sədrinə təşəkkür edib.

Görüşdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova iştirak edib.

Tarix
2021.01.12 / 22:57
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

Ələkbərovdan Ukraynanın dağıtdığı zavodlarla bağlı açıqlama

Prezidentin HDQ qərargahını ziyarətinə dair videoçarx...

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində oldu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla