Yuxarı

Ermənilərin basdırdıqları 53 mina aşkarlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərin basdırdıqları 53 mina aşkarlandı

Bu ilin 9-12 yanvar tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Daşkəsən, Füzuli, Goranboy, Qubadlı, Zəngilan, Tərtər, Yevlax rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən 14 (on dörd) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 2 (iki) müraciət daxil olub.

ANAMA-dan Axar.az-a verilən məlumata görə, daxil olmuş 16 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 44 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 126 ədəd partlamamış hərbi sursat (PHS), 3 ədəd bombacıq, 6 ədəd piyada əleyhinə mina, 47 ədəd tank əleyhinə mina, 19 ədəd tank əleyhinə mina partladıcısı, 10 752 ədəd müxtəlif çaplı patronlar, 1 ədəd PKA silahı və 38 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 112 ədəd partlamamış hərbi sursat (PHS) və 602 ədəd mina zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəssislər tərəfindən 84 165 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Tarix
2021.01.13 / 09:37
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Video

Ərdoğan Zəfər Günü ilə əlaqədar paylaşım etdi

Prezidentlər Şuşa qalası önündə - Foto

Əliyev və Ərdoğandan qardaşlıq mesajı - Foto

Prezidentlər Zəfər abidəsinin önünə əklillər qoydular

Türkiyə Ağdamda yeni məktəb inşa edir

Birinci xanımlar çay masası əsnasında söhbət ediblər - Foto

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Türkiyə Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib - Prezident

Bu tarixi səfərin əsas nəticəsi məhz budur - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla