Yuxarı

Deputat şəhidimizin qardaşı ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputat şəhidimizin qardaşı ilə görüşdü

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonu Dönük Qırıqlı kənd sakini, Vətən müharibəsi şəhidi Nurlan Yaşar oğlu Sultanovun qardaşı Tamerlan Sultanovla görüşüb.

Axar.az xəbər verir ki, millət vəkili şəhidimizin qardaşını düşmən üzərində tarixi zəfər münasibətilə təbrik edib.

Q.Paşayeva məhz şəhidlərimizin, əsgərlərimizin qəhrəmanlığı, fədakarlığı sayəsində 30 illik həsrətə son qoyulduğunu bildirib:

“Qardaşınız Nurlan Prezidentin 24 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Onunla yalnız siz doğmaları, ailə üzvləri deyil, bütünlüklə qədirbilən xalqımız fəxr edir.

Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik!

Şəhidlərimizin qanı yerdə qalmayıb: Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər münasibətilə təbriki ən çox haqq edən insanlar siz şəhid ailəsi üzvlərisiniz”.

Q.Paşayeva T.Sultanova üzərində “Qarabağ Azərbaycandır!” yazılmış qol saatı hədiyyə edib. Həmçinin Mədəniyyət Komitəsi adından şəhid anası Rəna Teymur qızı Mustafayevaya ünvanlanmış məktubu təqdim edib.

Tarix
2021.01.13 / 10:54
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla