Yuxarı

Hande Harmancıdan vaksinlərlə bağlı açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hande Harmancıdan vaksinlərlə bağlı açıqlama

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yalnız təhlükəsizliyi və effektivliyi sübut olunan peyvəndləri təsdiq edir, vaksinlərin prekvalifikasiya proseduru keyfiyyət, təhlükəsizlik, effektivlik və istehsalın keyfiyyəti üçün möhürdür. Buna baxmayaraq, ölkələrdəki yerli qurumların peyvəndləri qiymətləndirmək və onlarla bağlı qərar qəbul etmək səlahiyyəti və yurisdiksiyası var.

Axar.az xəbər verir ki, bunu Trend-ə ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, ÜST təcili istifadəyə dair lisenziyalaşdırma meyarlarını müəyyən edib:

“Biz istehsalçıların müraciətlərini qəbul etməyə hazırıq. İndiyə qədər ən azı on şirkət bizə müraciət edib və ya ilkin sənədlərini təqdim edib. Göndərilən məlumatlar yalnız 3-cü mərhələ klinik sınaq nəticələri hazır olduqda təcili istifadə lisenziyası üçün nəzərə alınacaq”.

H.Harmançı əlavə edib ki, hazırda 230-dan çox peyvənd inkişaf mərhələsindədir:

“Bunlardan ən azı 60 namizəd peyvənd insan üzərində sınaqdan keçirilir. Təxminən 16 namizəd peyvənd 3-cü sınaq mərhələsindədir.

Ümumdünya Səhiyyə Təşkilatı 31 dekabr tarixində “Pfizer/BioNTech” peyvəndini təcili istifadə üçün təsdiq etdi, 5 yanvar tarixində SAGE (ÜST-nin İmmunlaşdırma üzrə Mütəxəssislərdən ibarət Strateji Məsləhət Qrupu) peyvəndlə bağlı məlumatları nəzərdən keçirdi və ondan ən yaxşı şəkildə necə istifadə edilməsinə dair tövsiyələrini hazırladı. Hazırda iki peyvəndin sənədlərini nəzərdən keçiririk: “Moderna” və “AstraZeneca” peyvəndləri. Yerli tənzimləyici qurumlarla yanaşı, Avropa İttifaqının (Aİ) Dərmanlara Nəzarət Agentliyi ilə yaxından əməkdaşlıq edirik”.

Tarix
2021.01.13 / 11:05
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla