Yuxarı

Ordumuz Qarabağda erməni "əsgəri" yaralayıb? - MN

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ordumuz Qarabağda erməni "əsgəri" yaralayıb? - MN

Müdafiə Nazirliyi bu gün erməni KİV-ində yayılmış Azərbaycan Silahlı Qüvvələrinin "atəşkəsi" (fərqləndirmə bizimdir - red.) pozması və nəticədə erməni "əsgəri"nin (fərqləndirmə bizimdir - red.) yaralanması barədə məlumatı qətiyyətlə təkzib edir.

Bunu Axar.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, Azərbaydan Ordusu 2020-ci il noyabrın 10-da əldə olunan üçtərəfli razılaşmaya sadiqdir:

"Azərbaycan ordusu atəşkəsi heç bir halda pozmayıb".

Redaksiyanın qeydi: Qarabağda "atəşkəs" üçün mütləq qarşı tərəf olmalıdır. 10 noyabr Bəyanatına əsasən isə Qarabağda erməni silahlı dəstələri qalmamalı və erməni əsgərlər hamısı Ermənistana getməlidir. Əgər Ermənistana getməyən erməni əsgəri varsa, demək, artıq o, əsgər deyil, terrorçudur.

Azərbaycan Ordusu ilə erməni əhalisi arasında yalnız rus sülhməramlıları dayanmalıdır ki, Azərbaycan əsgəri də rus sülhməramlılarına heç vaxt atəş açmaz.

Buna görə də hər hansı atəşkəsdən və atəşkəsin pozulmasından söhbət gedə bilməz.

Tarix
2021.01.13 / 17:47
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla