Yuxarı

Nazirlikdən Tofiq Bəhramovun heykəli ilə bağlı - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlikdən Tofiq Bəhramovun heykəli ilə bağlı - Açıqlama

Azərbaycanın məşhur futbol hakimi Tofiq Bəhramovun Respublika stadionundakı heykəli ilə bağlı problem aradan qaldırılır.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

Nazirlik rəsmisinin sözlərinə görə, heykəlin rəngini yeniləmək üçün üzü cilalanıb: "Əslində buna problem demək olmaz. Bilirsiniz ki, nazirliyin mərkəzi arenada reabilitasiya mərkəzi var. Orada təmir işləri gedirdi. Heykəlin rəngi köhnəldiyindən, üz qabığında çatlar əmələ gəlmişdi. Yenidən rəngləmək üçün sadəcə üzü cilalanmışdı. Bu, işləri təhvil verəndə heykəlin də təmiz olması üçün edilmişdi. Bu gündən işlərə başlanılıb. 1-2 günə yekunlaşacaq".

Tofiq Bəhramovun adını daşıyan nəvəsi babasının heykəlinin rənginin ağardılması ilə bağlı AFFA-ya müraciət edərək onun əvvəlki vəziyyətə qaytarılmasını xahiş edib.

Qeyd edək ki, Tofiq Bəhramovun heykəli 2004-cü ilin oktyabrın 13-də adını daşıdığı stadionun qarşısında, 2006-cı il dünya çempionatının seçmə mərhələsinin Azərbaycan-İngiltərə görüşündən əvvəl açılıb.

Tarix
2021.01.13 / 21:08
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla