Yuxarı

Qaz sayğacları hələ də sıfırlanmayıb? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qaz sayğacları hələ də sıfırlanmayıb? - Açıqlama

Respublika ərazisində mexaniki-elektron qaz sayğacları üzrə illik limitin sıfırlanması prosesi başa çatıb.

Bunu Axar.az-a bəzi rayonlarda sayğaclarda qaz limitinin sıfırlanmaması ilə bağlı iddialara cavab verən Azəriqaz İB-nin mətbuat katibi Ceyhun Səfər deyib. O bildirib ki, mexaniki-elektron sayğaclarının oxunuşuna ilin əvvəlindən start verilib:

"Yanvarın ilk 4 günü qeyri-iş günü olduğu üçün mexaniki-elektron sayğacların oxunuş prosesinin ayın 10-a qədər tamamlanacağı planlaşdırılmışdı. Ayın 9-u günorta saatlarına qədər 1 milyon 282 min 500-dən mexaniki-elektron sayğacın oxunması təmin edilib və məlumatlar bazaya yüklənib. Məlumatların yüklənməsindən etibarən isə 2200 kubmetrlik güzəştli limit həddindən istifadəyə start verilib. Bu prosesin gedişatında biz əvvəlcədən abonentlərə müraciət edərək bildirmişdik ki, onların istəyindən asılı olaraq sayğac göstəriciləri vaxtından əvvəl, yəni yanvarın ilk günlərində bazaya yerləşdirilə bilər. Bunun üçün sayğacların fotolarını bizim yayımladığımız Votsap nömrəsinə göndərməli idilər. Bununla əlaqədar bizə 1334 foto göndərildi, lakin 142 foto yararlı olmadığı üçün onlar qeydə alınmadı".

Tarix
2021.01.14 / 18:18
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla