Yuxarı

Prezidentin təltif etdiyi şəhid kəşfiyyatçı...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən müharibəsi qəhrəmanlarımızdan biri də gizir İlyas Nəsirovdur.

Axar.az xəbər verir ki, əslən Cəbrayıl rayonunun Süleymanlı kəndindən olan İlyas Arzuman oğlu Nəsirov 4 iyul 1985-ci ildə Beyləqan rayonunun Milabad kəndində anadan olub.

Vilayət Cəfərov adına Milabad kənd orta məktəbini bitirən İlyas Nəsirov 2002-ci ildə hərbi xidmətə yollanıb, kəşfiyyat bölüyündə xüsusi təlim keçib.

O, 2007-ci ildə hərbi xidməti başa vurub, daha sonra N saylı hərbi hissədə kəşfiyyatçı kimi xidmət edib. Həmyaşıdları, özündən yaşca böyük yoldaşları ona “dayı” deyə müraciət edirdilər.

İkinci Qarabağ müharibəsində də İlyas Nəsirov peşəkar bir kəşfiyyatçı kimi döyüşdə ön sıralarda olub. Vətən müharibəsi zamanı Füzuli, Hadrut, Cəbrayıl, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

İlyas Nəsirov oktyabrın 21-də Qubadlı uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. O, 3 övlad atası idi.

Şəhidimiz vətənə xidmət fəaliyyəti dövründə 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Azərbayan Ordusunun 100 illiyi” yubiley medalı, 3-cü dərəcəli “Qüsursuz hərbi xidmətə görə” medalı ilə təltif olunub.

Aprel döyüşlərində göstərdiyi şücaətə görə isə Azərbaycan Respublikasının Prezidentinin “İgidliyə görə” medalı ilə təltif olunub və bu mükafatı ona cənab Prezident İlham Əliyev şəxsən özü təqdim edib. Prezidentlə görüşü zamanı İlyasa qızıl saat da hədiyyə olunub.

Bundan başqa, o, Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Tarix
2021.01.15 / 11:39
Müəllif
Gülnarə Kazımova
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla