Yuxarı

Azərbaycan niyə Çin vaksini alır? – Professor

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan, Ermənistan və Azərbaycanın coğrafi baxımdan qonşu ölkələr olmasına baxmayaraq, fərqli ölkələrin (ABŞ, Rusiya, Çin) istehsalı olan peyvənddən istifadə etməsi sosial şəbəkələrdə geniş müzakirə edilir.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən professor Adil Qeybulla bildirib ki, Çin vaksini inaktivləşdirilmiş olduğu üçün daha etibarlı hesab edilir:

“Çin vaksininə müsbət yanaşılmalıdır. Bu, sovet üsulu ilə hazırlanan, inaktivləşdirilmiş vaksindir və kifayət qədər effektivdir. Üstəlik, “Sinovak” vaksininin xərci azdır. Fikrimcə, bu vaksin bir çox baxımından daha əlverişlidir”.

İnfeksionist Vüqar Cavadzadə də bildirib ki, Çin vaksini Avropa və ABŞ vaksinlərindən daha etibarlı və effektivdir:

“Çin bu sahədə Avropa və ABŞ-dan daha təcrübəlidir. Çünki xəstəlik ilk dəfə Çində başladı və demək olar ki, bunun qarşısını ala bildilər. Çində bu sahədə daha çox elmi-tədqiqat işləri aparılır və daha çox nailiyyət əldə edilir. Çin vaksininin üstün cəhətlərindən biri də onun inaktiv olmasıdır. Yəni virusu tamamilə öldürür və immunitet formalaşdıra bilir. Çin vaksini tam təhlükəsizdir və bu vaksini uşaqlara, hamilə qadınlara da tətbiq etmək olar. Ölkəmizin Çin vaksini almasının digər səbəbi də qardaş Türkiyənin bu vaksini almasıdır. Türkiyə bu vaksini istifadə etməmişdən qabaq laboratoriyada yoxlayıb və müsbət qiymətləndirilib. Vaksinlə bağlı bu müsbət rəy olduğu və qardaş ölkə vasitəsilə Çindən ölkəmizə gətirildiyi üçün hesab edirəm ki, Çin vaksinini istifadə etməklə heç nə itirmirik. Əksinə bu vaksin daha güvənli və effektivdir”.

Qeyd edək ki, Ermənistanın Rusiyanın “Sрutnik-V”, Gürcüstanın ABŞ-ın “Pfizer”, Azərbaycanın isə Çinin “Sinovak” vaksinindən istifadə edəcəyi deyilir.

Tarix
2021.01.15 / 13:30
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla