Yuxarı

5 rayonun azad olunmasında döyüşən əkiz qardaşlar...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən müharibəsi qaziləri olan əkiz qardaşların - Həsənağa və Qalib Bağırlının Azərbaycan Ordusunun sıralarından tərxis olunaraq yaşadıqları Biləsuvar rayonunun Bəydili kəndinə qayıtması sakinlər tərəfindən coşquyla qarşılanıb.

Axar.az xəbər verir ki, Vətən müharibəsinin ilk günlərindən ordu sıralarına çağırılan Həsənağa və Qalib qardaşları sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarında qəhrəmanlıq nümayiş etdiriblər.

Qardaşlar ilk döyüşlərə Füzuli istiqamətində başlayıb və daha sonra Zəngilan, Cəbrayıl, Qubadlı və Laçın rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak ediblər.

Onların hər ikisi Azərbaycan əsgəri olduğuna görə fəxr etdiklərini, Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında Azərbaycan Ordusunun gücü sayəsində torpaqların işğaldan azad olunduğunu bildiriblər.

Həsənağa və Qalib Bağırlı qardaşları Vətən müharibəsində döyüşlər zamanı nümayiş etdirdikləri şücaətə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı və Laçın rayonlarının azad olunmasına görə medalları ilə təltif ediliblər.

Tarix
2021.01.16 / 12:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Siyarto bu gün Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla