Yuxarı

Bu ərazilərdə karantin postları ləğv edilir - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 18-dən etibarən 5 şəhər və 12 rayon, eləcə də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu daxilindəki karantin postları ləğv ediləcək.

Axar.az xəbər verir ki, bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Namidan Piriyev deyib.

Qurum rəsmisi bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 2021-ci il 18 yanvar saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunur. Şəhər və rayonlar daxilində quraşdırılan karantin postları vətəndaşların evdən çıxmaq icazələrini yoxlamaq üçün qurulmuşdu. Bu icazələr ləğv olunduğundan yanvarın 18-dən etibarən karantin postları da fəaliyyətini dayandıracaq. Rayonlardan Bakı, Abşeron və Sumqayıta gəliş və gedişə məhdudiyyət qüvvədə qaldığından Bakı-Quba yolu, Bakı-Şamaxı yolu və Bakı-Ələt avtomobil yollarındakı karantin postları isə fəaliyyətini davam etdirəcək"

Tarix
2021.01.16 / 14:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla