Yuxarı

Millət vəkili şəhid zabitin atasına saat hədiyyə etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili şəhid zabitin atasına saat hədiyyə etdi - Foto

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Masallı rayon, Birinci Yeddioymaq kənd sakini, şəhid zabit Əlimərdan Quluzadənin atası Fəttah Quluzadə, şəhidimizin xanımı və azyaşlı övladı ilə görüşüb.

Axar.az xəbər verir ki, Qənirə Paşayeva şəhid zabitin ailəsini işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb.

Millət vəkili işğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox şəhid ailələrinin və qazilərimizin, döyüşçülərimizin haqq etdiyi vurğulayaraq, onlara minnətdarlıq edib:

“Sizin oğlunuz Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərənmcamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Əlimərdan kimi zabitlərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub”.

Tarixi zəfər münasibətilə şəhid zabitin atasına Milli Məclisin Mədəniyyət Komitəsi və RHİMİB adından məktublar, üzərinə “Qarabağ Azərbaycandır!” yazılmış qol saatı təqdim edilib.

Tarix
2021.01.16 / 21:13
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla