Yuxarı

Prokurorluqdan Sumqayıtdakı qətllə bağlı - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prokurorluqdan Sumqayıtdakı qətllə bağlı - Açıqlama

Yanvarın 17-də saat 7 radələrində Sumqayıt şəhər ərazisində yerləşən otellərin birində 1997-ci il təvəllüdlü Aişən Məhərrəm qızı Həsənovanın meyitinin aşkar edilməsi barədə Sumqayıt şəhər Prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər Prokurorluğundan Axar.az-a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1991-ci il təvəllüdlü Orxan Qorxmaz oğlu Həsənovun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı yastıqla Aişən Həsənovanı boğaraq sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Orxan Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Tarix
2021.01.17 / 14:32
Müəllif
Axar.az
Digər xəbərlər

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla