Axar.az
Yuxarı

Axar.Az Logo

Keçmiş deputat həbs edilə bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş deputat Rafael Cəbrayılov həbs təhlükəsi ilə üzləşib.

Axar.az HİT.az-a istinadən xəbər verir ki, Rafael Cəbrayılovun borclu olduğu vətəndaşlardan biri bütün məhkəmə instansiyalarında deputata qalib gəlib. Artıq məhkəmə qərarının icrasına start verilib. Ötən il dekabrın 30-da Rafael Cəbrayılov icra şöbəsinə çağırılıb və ona yanvarın 10-na kimi vaxt verilib.

Lakin keçmiş deputat yanvarın 10-na kimi də borcunu ödəməyib. Məlumata görə, bu dəfə də Rafael Cəbrayılova möhlət verilib. Bildirilir ki, keçmiş deputat borcunu ödəməyəcəyi təqdirdə əvvəlcə barəsində inzibati qaydada tədbir görüləcək, növbəti dəfə isə məhkəmə qərarını icra etmədiyi üçün barəsində yeni cinayət işi başlana bilər.

Məlumatda qeyd edilir ki, keçmiş deputatın borclu olduğu digər şəxlər Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edib. Faktla bağlı cinayət işi başlanıb. Rafael Cəbrayılov borclarını qaytarmaq niyyətində olduğunu iddia etsə də, şikayətçilər onun səmimiyyətinə inanmır.

Rafael Cəbrayılovun toplam olaraq 1 milyon 550 min dollar borcu var. Onun borclu olduğu şəxslər aşağıdakılardır:

Təranə Fətəliyeva – 300 000 dollar

Məlahət Qurbanova - 580 000 dollar

Xatirə Nəcəfova - 200 000 dollar

Yusif Orucov - 200 000 dollar

Aynur Kazımova - 100 000 dollar

Şəfa Məmmədova - 80 000 dollar

Bəşir Məmmədov - 60 000 dollar

Allahverdi Səfərəliyev - 30 000 dollar.

Xatırladaq ki, Rafael Cəbrayılov borcu vaxtında qaytaracağına zəmanət olaraq III və IV çağırış deputat vəsiqəsini girov qoyub. Vədinə əməl etmədiyinə görə borclu olduğu şəxslər məsələni ictimailəşdirib. Olay ictimai rezonansa səbəb olub və Rafael Cəbrayılov deputat mandatından imtina etmək məcburiyyətində qalıb.

Tarix
2021.01.17 / 23:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentdən Novella Cəfəroğlu ilə bağlı - Sərəncam

Bir qrup qadına fəxri adlar verildi - Sərəncam

Prezident Azərbaycan qadınlarını təltif etdi

İlham Əliyevdən 8 Mart təbriki

İnstaqramda narkotiki təbliğ edən daha bir nəfər tutuldu

Qusar sakinlərindən qanunsuz ov tüfəngləri götürüldü

Gəncədə su sayğaclarını oğurlayan şəxs tutuldu

Direktorların işə qəbulu üzrə test imtahanları başlayır

Fransa telekanalı Qarabağdan reportaj hazırladı

TamKart sahibləri üçün üstünlük: ƏDV faizləri...

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla