Yuxarı

Millət vəkili şəhid Ədalətin atası ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili şəhid Ədalətin atası ilə görüşdü

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Abşeron rayon, Mehdiabad qəsəbə sakini, şəhid Qadir Heydərovun atası Ədalət Heydərovla görüşüb.

Axar.az xəbər verir ki, Qənirə Paşayeva qəhrəman şəhidin atasını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb.

“Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirəm”, - millət vəkili bildirib.

Qeyd olunub ki, Qadir Heydərov Prezidentin sərəncamları ilə “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Q.Paşayeva şəhid əsgərin atasına tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi adından məktub, üzərinə “Şuşa Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.

Tarix
2021.01.18 / 10:44
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla