Yuxarı

İlk qələbə müjdəçisi olan qəhrəmanımız - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlk qələbə müjdəçisi olan qəhrəmanımız - Video

Əli Qəmbərov ailədə 3 qardaşdan yaşca ən kiçiyi idi. Arzusu elə orduda qalıb, hərbçi kimi xidmət göstərməkdən ibarət olub. Lakin 18 yaşında şəhidlik zirvəsinə ucalmaqla ali zirvəyə yüksəldi.

Axar.az Report-a istinadən xəbər verir ki, Cəlilabad rayonunun Uzuntəpə kəndindən olan şəhid Əli Qəmbərovun ailəsində olub, onun döyüş yoluna nəzər salıb.

Ailə üzvlərinin sözlərinə görə, Əlinin ən böyük arzusu hərbçi olmaq idi.

Vətən müharibəsi başlayanda Əli cəmi 6 ay idi ki, Füzuli istiqamətində hərbi xidmətdə idi. Sentyabrın 27-də xidmət etdiyi səngərdə "İrəli" əmrini alanlardan olub. Aylarla müşahidə etdiyi düşmən səngəri bir neçə saat sonra cəsur döyüşçülərimizin nəzarətinə keçib. Döyüşdəki ilk qələbəsindən sonra o, atasına zəng edərək zəfər qubanı kəsməsini xahiş edib.

Əli Qəmbərov bir neçə gərgin döyüşdə şücaətləri ilə seçilib. O, hətta ağır əməliyyatlarda belə, daim öndə olub. Cəsur döyüşçümüz oktyabrın 6-da növbəti ağır döyüşlərdən birində şəhidlik zirvəsinə ucalıb.

Tarix
2021.01.18 / 22:44
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla