Yuxarı

Haaqada “20 Yanvar uşaqların gözü ilə”... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Haaqada “20 Yanvar uşaqların gözü ilə”... - Foto

Niderlanddakı Azərbaycan səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar “20 Yanvar uşaqların gözü ilə” adlı virtual sərgi təşkil olunub.

Axar.az xəbər verir ki, sərgidə Niderlandda yaşayan Azərbaycan və türk diasporunun üzvlərinin övladları, onların yerli dostları, eləcə də Rotterdam şəhərindəki həftə sonu məktəbinin şagirdləri iştirak ediblər.

20 Yanvar faciəsinə dair rəsmlərində balacalar bu faciənin rəmzinə çevrilmiş qırmızı qərənfillərlə günahsiz axıdılan qanı əks etdiriblər. Rəsmlərdə kədəri bildirən qara rəngə də müraciət olunub. Uşaqlar doğma Vətəndən uzaqda yaşasalar da, 20 Yanvar, eləcə də Qarabağ şəhidləri üçün xalqımızın axıtdığı göz yaşlarını da rəsmlərində əks etdiriblər. Bununla uşaqlar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini bildirməyə çalışıblar.

Balacaların rəsmləri Azərbaycanın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsinin heç vaxt unudulmayacağını göstərir.

Tarix
2021.01.19 / 01:42
Müəllif
Axar.az
Digər xəbərlər

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

Çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident

Hindistan və Azərbaycan bu barədə razılığa gəldi

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla