Yuxarı

20 Yanvar faciəsi Kolumbiya mətbuatında

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kolumbiyanın nüfuzlu “El Expediente” xəbər portalında köşə yazarı Roberto Trobaxonun 20 Yanvar faciəsinə həsr edilmiş “Qara yanvar” sərlövhəli yazısı dərc olunub.

Azərbaycanın Meksikadakı səfirliyindən Axar.az-a bildirilib ki, yazıda Ermənistanın ərazi iddiaları ilə bağlı sovet rejiminin ədalətsiz mövqeyinə qarşı dinc şəkildə etiraz edən və Azərbaycanın müstəqilliyini tələb edən Bakı sakinlərinin üzərinə Sovet İttifaqının o zamankı rəhbəri Mixail Qorbaçovun göstərişi ilə qoşun göndərildiyi və bu zaman çoxlu sayda mülki azərbaycanlının, o cümlədən qadın və uşaqların qətlə yetirildiyi qeyd olunur.

Müəllif "Human Rayts Voç" təşkilatının “Azərbaycanda Qara Yanvar” adlı hesabatından sitat gətirərək sovet qoşunlarının mülki azərbaycanlılara qarşı qeyri-mütənasib güc tətbiqinin kollektiv cəzalandırma olduğunu və bunun digər sovet respublikaları üçün də xəbərdarlıq məqsədi daşıdığını bildirir.

Sonda bütün bu qəddarlıqlara baxmayaraq, Azərbaycan xalqının haqlı mübarizəsindən əl çəkmədiyi və öz müstəqilliyinə nail olduğu deyilir.

Tarix
2021.01.19 / 09:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Əskipara qəribə durum: evinin yarısı Azərbaycana düşür - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla