Yuxarı

O, artıq təkcə sizin övladınız deyil... – Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
O, artıq təkcə sizin övladınız deyil... – Millət vəkili

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Masallı rayon, Xoşçobanlı kənd sakini, şəhid əsgər Musa Mustafayevin atası Əlövsət Mustafayevlə görüşüb.

Axar.az xəbər verir ki, Qənirə Paşayeva şəhid atasına bu cür övlad yetişdirdiyinə görə təşəkkür edib. Bildirib ki, Musa artıq təkcə onun deyil, bütün Azərbaycan xalqının övladıdır və o öz adını bu xalqın şərəfli tarixinə yazıb.

Q.Paşayeva M.Musayevin ruhu qarşısında baş əydiyini, şəhidlərimizin heç vaxt unudulmayacağını və əbədi yaşayacağını qeyd edib.

“Sizin oğlunuz Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərənmcamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Musa kimi əsgərlərimizlə hər zaman qürur duyacağıq!

Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirik!” – millət vəkili deyib.

Tarixi zəfər münasibətilə şəhid əsgərin atasına Milli Məclisin Mədəniyyət Komitəsi və RHİMİB adından məktublar, üzərinə “Qarabağ Azərbaycandır!” yazılmış qol saatı təqdim edilib.

Tarix
2021.01.19 / 21:12
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla