Yuxarı

Hacıbala Abutalıbovun qohumunun adı qalmaqalda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun qohumu yolkəsənlik edib.

Axar.az xəbər verir ki, bu barədə Musavat.com-a Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, 45 saylı binada yaşayan Natiq Ələsgərov məlumat verib. Vətəndaş bildirib ki, yaşayış binasının altında yerləşən qeyri-yaşayış sahəsinin Azadxan adlı sahibi dükanın M.Əliyev küçəsinə çıxış hissəsində piyadalar üçün nəzərdə tutulmuş hissəni zəbt edib.

Vətəndaş deyir ki, sakinlər dəfələrlə Azadxandan piyada yolunun zəbtinə son qoyulmasına tələb ediblər:

“Azadxan da deyir ki, heç kimdən və heç nədən qorxmur, piyada yolunu kəsməyə ona ”Memar-2" MTK-nın keçmiş sahibi Xədicə Mamant qızı Nəsirli icazə verib. Xədicə Nəsirli Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmuş Hacıbala Abutalıbovun yaxın qohumudur. Deyirlər ki, bibisi qızıdır. Fakt odur ki, Yasamal rayonu, M.Əliyev küçəsi, 45 ünvanında piyada yolu zəbt edilib, özbaşına tikili tikilib və piyadalar məcbur qalıb həmin hissədə maşın yoluna çıxırlar. Bu isə hər an təhlükə deməkdir. Üstəlik, mövcud tikinti qaydalarından, bu ünvandakı layihədən kənar çıxaraq Bakı şəhərinin gözəlliyini korlayır".

Vətəndaş Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət edərək özbaşına tikilinin sökülməsini, piyadaların təhlükəsizliyinin təmin edilməsini, gediş-gəliş yolu açılmasını xahiş edib.

Tarix
2021.01.20 / 11:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla