Yuxarı

Millət vəkili daha bir şəhid atası ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili daha bir şəhid atası ilə görüşdü

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Masallı rayon, Güllütəpə kənd sakini, şəhid əsgər Şəmsəddin Təhməzovun atası Sərvər Təhməzovla görüşüb.

Axar.az xəbər verir ki, Qənirə Paşayeva şəhidin atasını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib.

“Əziz Sərvər müəllim, siz Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş əsgərin atasısınız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Övladınızın ruhu qarşısında dərin ehtiramla baş əyirik”, - millət vəkili bildirib.

Qeyd olunub ki, Şəmsəddin Təhməzov Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərənmcamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

“Şəmsəddin kimi əsgərlərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub”, - millət vəkili qeyd edib.

Tarixi zəfər münasibətilə şəhid əsgərin atasına Milli Məclisin Mədəniyyət Komitəsi və RHİMİB adından məktublar, üzərinə “Qarabağ Azərbaycandır!” yazılmış qol saatı təqdim edilib.

Tarix
2021.01.20 / 12:53
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Rüstəmxanlı: Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla