Yuxarı

20 Yanvar şəhidlərinin xatirəsi Berlində də anıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
20 Yanvar şəhidlərinin xatirəsi Berlində də anıldı

Bu gün Azərbaycanın Almaniyadakı səfirliyində 20 Yanvar hadisələrinin 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov 20 Yanvar faciəsi barədə ətraflı məlumat verib, həmin günün, eyni zamanda, müstəqillik uğrunda mübarizə tariximizin ən şanlı səhifələrindən biri, qürur və şərəf tariximiz olduğunu vurğulayıb. Bildirib ki, qanlı hadisənin törədilməsində əsas məqsəd azadlıq, suverenlik uğrunda mübarizə aparan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını əzmək idi. Ancaq qəhrəman övladlarımız canlarını qurban verərək Azərbaycan xalqının azadlığı, ölkəmizin müstəqilliyi üçün yol açıblar.

Səfir Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində ordumuzun torpaqlarımızı işğaldan azad etdiyini, şəhidlərimizin qanının yerdə qalmadığını, ölkəmizin tarixi Zəfər qazandığını və Qələbəmizin şəhidlərin ruhuna ehtiramın ən yüksək ifadəsi olduğunu qeyd edib. O diqqətə çatdırıb ki, 20 Yanvar qəhrəmanlıq tariximizdən uzun müddət keçsə də, baş verənlər unudulmur, Vətən uğrunda canlarından keçən oğul və qızlarımızın qəhrəmanlığı dillərə dastan olur. Bu gün xalqımız Şəhidlər xiyabanını qürurla, başıuca ziyarət edir.

Tarix
2021.01.20 / 18:08
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla