Yuxarı

"Canavar" ləqəbli 20 yaşlı şəhidimiz - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən müharibəsində qəhrəmancasına döyüşüb şəhidlik zirvəsinə yüksələn əsgərlərimizdən biri də 20 yaşlı Zahiddir.

Axar.az xəbər verir ki, Zahid Azad oğlu Zairli 10 may 2000-ci ildə Yardımlı rayonunun Dəlləkli kəndində anadan olub. 2006-cı ildə Dəlləkli kənd tam orta məktəbinə daxil olub. 2015-2019-cu illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində İnşaat Kollecində təhsil alıb.

Təhsilini bitirdikdən sonra, 2019-cu ildə hərbi xidmətə gedib. Zahid əsgərlər arasında keçirilən seçim müsabiqələrini müvəffəqiyyətlə tamamlayıb və XTQ-yə seçilən 25 əsgərdən biri olub. Arzusunda olduğu snayper kimi təlimlərə qatılıb.

O, sentyabrın 27-də Vətən müharibəsi başladıqda ön cəbhədə düşmənlə üz-üzə vuruşmağa başlayıb. Döyüşlərdə fəal iştirak etdiyinə görə yoldaşları arasında “Canavar” ləqəbi ilə tanınıb. Vətən müharibəsi zamanı Murovdağ, Suqovuşan, Füzuli, Cəbrayıl, Hadrut uğrunda gedən döyüşlərdə iştirak edib.

Zahid Zairli oktyabrın 8-də Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə yaralı yoldaşlarını xilas edərkən ürəyindən snayperlə vurularaq şəhid olub. O, Yardımlı rayonunda dəfn edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin müvafiq sərancamı ilə şəhid Zahid Zairli “Vətən uğrunda”, “Cəsur döyüşçü”, "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!

Tarix
2021.01.20 / 22:17
Müəllif
Gülnarə Kazımova
Şərhlər
Digər xəbərlər

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla