Yuxarı

Bu, azərbaycanlıların şüurunda dönüşə çevrildi - Alman nəşri

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın “Freitag.de” nəşrində həmyerlimiz Asif Məsimovun “Bakıda Qara Yanvar” sərlövhəli məqaləsi dərc edilib.

Axar.az xəbər verir ki, məqalədə 31 il bundan əvvəl sovet qoşunlarının Bakıya yeridilməsindən bəhs edilir. Bildirilir ki, bu hadisə nəticəsində 147 nəfər öldürülüb, 744 mülki şəxs yaralanıb. Müəllif yazır ki, ittifaq respublikasının paytaxtında sovet qoşunlarının törətdiyi amansız qətliam azərbaycanlıların yaddaşına Qara Yanvar kimi həkk olundu. Bu hadisə Azərbaycan sakinlərinin şüurunda dönüşə çevrildi və onların müstəqilliyə olan səylərini əvvəlcədən müəyyən etdi.

Müəllif qeyd edir ki, bu gün 20 Yanvar azərbaycanlılar üçün böyük əhəmiyyət kəsb edir. Bu gün azərbaycanlıların ədalətə və azadlığa ümidini, həmçinin xalqın zülmə qarşı və müstəqillik uğrunda mübarizəsini təcəssüm etdirir.

Asif Məsimov vurğulayır ki, bu tarixi hadisə bu gün milləti dəmir yumruq kimi birləşdirən milli identikliyin formalaşmasında həlledici olub.

Tarix
2021.01.21 / 00:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla