Yuxarı

Qazaxıstanın geri qaytardığı pomidorlarla bağlı - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazaxıstanın geri qaytardığı pomidorlarla bağlı - Açıqlama

Qazaxıstan tərəfindən Azərbaycandan pomidor məhsullarının idxalına tətbiq olunan məhdudiyyətin səbəbi ilə bağlı AQTA aidiyyəti qurumlarla birgə araşdırma aparır.

Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətinin rəhbəri Mansur Piriyev deyib.

"Qazaxıstan Respublikası tərəfindən Azərbaycandan pomidor məhsullarının idxalına tətbiq olunan məhdudiyyətlə bağlı bildiririk ki, bu ölkəyə idxal olunan pomidor məhsulunda qonur qırışıqlıq virusunun aşkarlandığı iddiası ilə bağlı 05-14 yanvar tarixlərində 17 bildiriş vərəqəsi daxil olub.

Hazırda aidiyyəti qurumlarla birgə Qazaxıstan Respublikasının müvafiq qurumu ilə bu istiqamətdə tədqiqatlar aparılır və nəticələrlə bağlı əlavə məlumat veriləcək", - o bildirib.

Qeyd edək ki, tərkibində qonur qırışıqlıq virusu aşkarlandığı üçün Qazaxıstan Azərbaycandan idxal olunan pomidorlara 16 yanvardan məhdudiyyət qoyub.

Tarix
2021.01.21 / 20:40
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla