Yuxarı

Xaçmazda sakinlər etiraz etdi: DİN-dən açıqlama - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xaçmazda sakinlər etiraz etdi: DİN-dən açıqlama - Foto

Sosial şəbəkələrdə Xaçmaz rayonunun Qımıl kəndinə gedən yolun yararsız vəziyyətdə olması ilə əlaqədar bir qrup kənd sakininin həmin əraziyə toplaşması ilə bağlı məlumat yayılıb. Belə ki, hadisə ilə əlaqədar Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələri və Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları həmin əraziyə gəliblər.

Axar.az xəbər verir ki, DİN-in Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Oxu.az-a açıqlamasında sözügedən ərazidə kənd sakinlərinin sosial problemləri ilə bağlı toplaşdığını bildirib:

"Sakinləri narahat edən problemləri dinləmək məqsədilə Xaçmaz rayon icra başçısının müavini Bəxtiyar Osmanov və Xaçmaz Rayon Polis Şöbəsinin rəis müavini, polis kapitanı Vüqar Orucov həmin ərazidə olublar. Sakinlərin şikayətləri dinlənilib və həlli istiqamətində onlarla profilaktik söhbət aparılıb.

Daha sonra əraziyə toplaşan sakinlər ərazini tərk edərək yaşayış yerlərinə geri qayıdıblar. Qeyd edirik ki, bu zaman heç bir asayişin pozulması hallarına yol verilməyib".

Tarix
2021.01.23 / 23:29
Müəllif
Axar.az
Digər xəbərlər

Musayev Köçəryanla qonşu kameralarda saxlanılır

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzinə gəldi - Video

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla