Yuxarı

“Azercell”in LTE şəbəkəsinin genişlənməsi 85%-i keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azercell Telekom” 2020-ci il ərzində LTE şəbəkəsinin təkmilləşdirilməsi layihəsini uğurla həyata keçirib.

Axar.az xəbər verir ki, qeyd olunan dövrdə “Azercell”in LTE şəbəkəsinin əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişlənməsi ölkənin hər yerində abunəçilərin daha keyfiyyətli xidmətlə təmin olunmasına şərait yaradıb.

Görülən işlər nəticəsində ötən il ərzində “Azercell”in LTE şəbəkəsinin əhatə dairəsi 74,2%-dən 85,1%-ə yüksəlib, şəbəkənin ərazi baxımdan coğrafi əhatəsi isə 61,4%-dən 72,4 %-ə qədər genişləndirilib. LTE şəbəkəsinin təkmilləşdirilməsi layihəsinin başlandığı 2 il ərzində isə (01.01.2019-cu il tarixindən 2020-ci ilin sonunadək) “Azercell”in LTE şəbəkəsinin əhali əhatə dairəsi 35.9%-dən 85.1%-ə, coğrafi dairəsi 22,5%-dən 72,4%-dək artıb.

LTE şəbəkəsinin genişləndirilməsi layihəsi çərçivəsində 2020-ci ildə bu texnologiya üzərindən çalışan 784 yeni radio baza stansiyası quraşdırılıb. Bu stansiyaların müəyyən hissəsi 44 günlük Vətən Müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərdə işə salınıb. Ümumilikdə LTE şəbəkəsinə aid radio baza stansiyalarının sayı 2679-a çatdırılıb. Xüsusilə regionlarda görülən işlər sayəsində ölkə üzrə LTE şəbəkəsi daha da genişləndirilib. Qeyd etmək kifayətdir ki, keçən ilin təkcə sentyabr-dekabr ayları ərzində 118 yeni LTE stansiya istifadəyə verilib.

Şəbəkənin təkmilləşdirilməsi sahəsində aktiv fəaliyyətinin nəticəsi olaraq ölkə ərazisində “Azercell”in təqdim etdiyi xidmətlərdə əhəmiyyətli irəliləyişlər olub. Görülən işlər “Azercell” şəbəkəsi üzrə LTE texnologiyası ilə ötürülən data trafikin həcminə də təsir edib. Son bir il ərzində bu göstərici 2.25 dəfə artıb. Hazırda şəbəkədə daşınan ümumi trafikin təxminən 69%-i bu texnologiya üzərindən daşınmaqdadır. Ümumilikdə 2020-ci il ərzində LTE şəbəkəsi üzrə səs trafikində 14%, internet trafikində isə 60% artım əldə olunub.

Bakı və Abşeronda LTE şəbəkəsinin keyfiyyətinin yaxşılaşdırılması tədbirləri Bakı metropolitenində də aparılır. Layihə çərçivəsində artıq 13 metro stansiyasında və tunellərdə işlər yekunlaşıb. Metro stansiyalarda aktivləşdirilən LTE-Daşıyıcı Birləşdirmə sistemi bu şəbəkədən istifadə edən abunəçilərin daha yüksək sürətli mobil internet əldə etməsinə imkan verir.

Qeyd edək ki, bölgələrdə LTE texnologiyası üzrə datanın ötürülmə sürəti, informasiyanı yükləmə müddəti və video materialların daha yüksək keyfiyyətlə ötürülməsi parametrlərinə görə “Azercell” ölkənin digər mobil operatorlarından öndədir. Bunu Avropanın “Systemics” şirkətinin ötən il Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testinin nəticələri də təsdiqləyib. Dünya miqyaslı telekommunikasiya şirkəti olan Ericsson-un apardığı bençmarkinq araşdırmaları isə LTE şəbəkəsinin sürətinə görə “Azercell”in “Öz sinfində” (“Best in class”) ən yaxşı operatorlardan biri olduğunu göstərib. Şəbəkənin real zaman rejimində monitorinqinə imkan verən Argela sisteminin tətbiqi də “Azercell”in LTE şəbəkəsinin keyfiyyətinin yüksək səviyyədə olmasına imkan yaradır.

Hazırda “Azercell” şirkəti LTE şəbəkəsinin paytaxt və regionlar boyu daha da keyfiyyətli olması, internet trafikin yüksək keyfiyyətinin təmin edilməsi və artırılması istiqamətində texniki tədbirləri davam etdirir. Lider mobil operator LTE üzərində çalışan baza stansiyalarının sayını da sürətlə artırır.

Tarix
2021.01.25 / 23:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla