Yuxarı

Millət vəkili şəhid Muradın atası ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili şəhid Muradın atası ilə görüşdü

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Sumqayıt şəhər sakini, Vətən müharibəsinin şəhidi Murad Məmmədovun atası Yusif Məmmədovla görüşüb.

Axar.az xəbər verir ki, millət vəkili şəhidin atasını işğalçı Ermənistan üzərində tarixi zəfər münasibəti ilə təbrik edib.

“Murad Vətən müharibəsi başladıqda, qardaşının ön cəbhədə olmağına baxmayaraq, özü də könüllü olaraq, 1 oktyabrda cəbhəyə yola düşüb. O, 25 oktyabrda Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Oğlunuz Azərbaycan Prezidentinin sərəncamları ilə “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb”, - millət vəkili bildirib.

Millət vəkili şəhid atasına Mədəniyyət Komitəsi adından məktub və üzərində "Şuşa Azərbaycandır!" yazılmış qol saatı təqdim edib.

Tarix
2021.01.26 / 10:32
Müəllif
Axar.az
Digər xəbərlər

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla