Yuxarı

Azərbaycanlıları Avropaya aparanlar saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Federal Kriminal Polisinin Avropa Polis Təşkilatı (Europol) ilə keçirdiyi birgə əməliyyat nəticəsində müxtəlif ölkələrdən olan sığınacaq axtaranları qanunsuz olaraq Avropa ölkələrinə gətirən cinayətkar dəstənin üzvləri saxlanılıblar.

Axar.az Report-a istinadən xəbər verir ki, 21-44 yaşlı Livan, Suriya və Liviya vətəndaşlarından ibarət 7 nəfərlik dəstə üzvləri 2019-cu ildən bəri avtobus, yük maşını və qayıqlarla 140-dan çox sığınacaq axtaranı pul qarşılığından qanunsuz olaraq Avropaya gətirib. Qanunsuz olaraq Avropaya gətirilənlər əsasən, Əfqanıstan, Pakistan, İran, Azərbaycan, Ermənistan və Monqolustan vətəndaşları olublar.

Saxlanılan dəstə üzvlərinin evlərində aparılan axtarış zamanı sığınacaq axtaranlara aid pasport, şəxsiyyət vəsiqəsi, müxtəlif dövlət qurumlarına aid sənədlər, foto və video məlumatların olduğu xarici yaddaş qurğular götürülüb.

Dəstə üzvlərinin polisdə ilkin ifadəsi zamanı məlum olub ki, onlar Türkiyə və Yunanıstana qədər sığınacaq axtaranları avtobus, yük maşını və qayıqlarla, daha sonra isə piyada Avropa Birliyi ölkələrinə gətiriblər.

Saxlanılan şəxslərin ifadəsinə əsasən “Europol” dəstə başçısını Avstriyada saxlayıb.

Faktla bağlı əməliyyat istintaq-tədbirləri davam etdiyindən başqa məlumat verilməyib.

Tarix
2021.01.26 / 14:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı...

Japarov Bakıda: Mühüm iclas başladı

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla