Yuxarı

“Bakı Bus” BNA-dan niyə alındı? – Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Bus MMC bu qurumun Azərbaycan İnvestisiya Holdinqinə verilməsi ilə bağlı təhvil-təslim prosesinə cəlb olunacaq.

Bunu Axar.az-a Prezident İlham Əliyevin “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmana dəyişiklik edilməsi barədə qərarını şərh edən nəqliyyat eksperti Elməddin Muradlı deyib. O bildirib ki, atılan addımlar ölkə iqtisadiyyatının dirçəlməsinə yönəlib:

“İctimai nəqliyyat sektorunda rentabellik, gəlir tənzimlənməlidir. İctimai nəqliyyat sahəsində sahibkarlar həm qazanc əldə ediblər, həm də bu işi görüblər. Amma dövlət qurumları bunu bacarmır. Hətta Prezident İlham Əliyev müşavirələrin birində bununla bağlı irad səsləndirdi. Xüsusən də AZAL-ın adını çəkdi və dedi ki, bugünədək dövlət tərəfindən maliyyə ayrılsa da, geriyə pul qayıtmır. Prezidentin yürütdüyü siyasət budur ki, dövlət tərəfindən yaradılan müəssisələr həm də dövlətə xeyir verməlidir. Necə olur ki, sahibkar bundan gəlir əldə edə bilir, amma dövlət yox? Üstəlik, Bakı Bus MMC-nin avtobusları müasir, rahat, tutumu çoxdur. Buna görə atılan addımlar “Bakı Bus”un dövlətə xeyir verməsi üçündür. MMC-nin maliyyə hesabatları ilə tanış deyiləm. Çünki bugünədək belə bir hesabatın açıqlanmasının şahidi olmamışam. Buna görə də “Bakı Bus”un dövlətə xeyir və ya ziyan verməsi haqda bir söz deyə bilməyəcəm”.

Ekspert onu da qeyd edib ki, nəqliyyat sektoruna aid digər qurumlar da İnvestisiya Holdinqinə verilməlidir:

“Gələcəkdə nəqliyyat sektoruna aid olan qurumların İnvestisiya Holdinqinə verilməsi proseslərdən asılı olacaq. Mənə elə gəlir ki, bu sektora aid olan bütün qurumlar istənilən halda gəlir gətirə bilər. Sadəcə, bu sektora aid olan bir neçə şirkət var ki, orada yeyinti halları olur. İnvestisiya Holdinqinin bu şirkətlərə nəzarət etməsi ən doğru addımdır. Həmin qurumların rəhbərləri bəzən elə fikirləşirlər ki, dövlət tərəfindən ayrılan pulları dağıtmaq və bir hissəsini həmin işə cəlb etmək olar. Çox istərdim ki, bəzi qurumlar da nəzarətdən kənar qalmasın”.

Tarix
2021.01.26 / 22:04
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Antiterror əməliyyatı hamıya dərs oldu - Prezident

Prezident Xocalıda kənd sakinləri ilə görüşdü - Foto

Prezident onu təltif etdi

Bu taktikanı qəbul etsək, sülhə nail ola bilməyəcəyik...

İlham Əliyev İSESKO-nun Baş direktorunu qəbul etdi

Ukraynalılar cəsarətlə döyüşür, Rusiya uduzur - Kelloq

XİN Bakının azad edilməsi ilə bağlı bəyanat yaydı

Azərbaycanın ərazi bütövlüyünü buna görə tanıdıq

Onlar Azərbaycanın qardaşıdır, bizim yox - Paşinyan

İlham Əliyev Nikaraquanın həmprezidentlərini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla