Yuxarı

Dənizçimizin öldürüldüyü gəmiyə dəstək qrupu gəldi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dənizçimizin öldürüldüyü gəmiyə dəstək qrupu gəldi - Foto

2021.01.26 - 19:03

Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən “Motsart” adlı gəmiyə hücum zamanı öldürülən Fərman İsmayılovun nəşi Librevil şəhərinə gətirilib.

Axar.az xəbər verir ki, mərhumun nəşinin orada Türkiyəyə, daha sonra isə Azərbaycana göndəriləcəyi gözlənilir.

Qeyd edək ki, 23 yanvarda Nigeriya sahillərində üzən Türkiyənin “Boden dənizçilik” şirkətinə məxsus "Mozart" adlı gəmiyə dəniz quldurları tərəfindən hücum edilib. Hücum nəticəsində 19 nəfər gəmi heyəti üzvündən 15-i girov götürülüb, 2-ci mühəndis Fərman Əli oğlu İsmayılov öldürülüb, 3 nəfər gəmi ilə birgə azad edilib.

***

22 nəfərlik dəstək qrupu Qabonun paytaxtına çatıb.

Bu barədə Türkiyənin Librevildəki səfirliyi Tvitter hesabında məlumat yayıb.

Qrup üzvləri səfir Nilüfər Ərdəm tərəfindən qarşılanıb. Onların Port Gentil limanına gedərək gəmiyə minəcəyi deyilib.

Dəstək qrupunun F.İsmayılovun nəşini Türkiyəyə gətirmək üçün hazırlıq görəcəyi bildirilib.

Tarix
2021.01.27 / 02:08
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla