Yuxarı

Bu şəxslərə 4400 manat veriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şəxslərə 4400 manat veriləcək

2021-ci ildə intensiv üsulla salınan fındıq bağlarının hər hektarına görə fermerlərə 4 400 manat birdəfələlik əkin subsidiyası veriləcək.

Axar.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin sədr müavini Fərid Rəhimli bildirib.

Onun sözlərinə görə, Meşə fondu olan torpaqlar elektron kənd təsərrüfatı informasiya sistemi üzərindən birdəfəlik əkin subsidiyası üçün nəzərə alınacaq. Bağ salmaq istəyən fermer birdəfəlik əkin subsidiyası ala bilmək üçün əvvəlcə torpaqdan istifadə hüququna dair sənədi sistemdə qeydiyyatdan keçirməlidir:

"Əsas şərt bağın 2021-ci ildə salınması, monitorinq dövründə tinglərin bağ qaydalarına uyğun əkilməsi və damcı suvarma sisteminin qurulmasıdır. Bu şərtlərə sahib olmayan fındıq bağları birdəfəlik subsidiyadan məhrum olunacaqlar, onlar yalnız əkin subsidiyası alacaqlar".

F.Rəhimli qeyd edib ki, 2020-ci ildə 46 300 hektar fındıq bağı üçün fermerlərə subsidiya ödənilib: "Bunun sadəcə 1900 hektarı intensiv bağların payına düşür. Ümid edirik ki, yeni tətbiq edilmiş subsidiya mexanizmi ilə bu il həmin rəqəm ikiqat artacaq".

Tarix
2021.01.26 / 22:24
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla