Yuxarı

Qalmaqallı müəllim 2 ildən sonra işə qaytarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qalmaqallı müəllim 2 ildən sonra işə qaytarıldı

Astara rayonunda 2 il öncə rüşvətə etiraz etdiyi üçün məktəbdən çıxarılan və haqqında “dəli kağızı” düzəldilən müəllim Fuad Mehrəliyev medianın və ictimaiyyətin aktivliyindən sonra təhsil sisteminə geri qaytarılıb.

Axar.az xəbər verir ki, bu barədə Modern.az-a “Astaranın Gənc Alimləri” təşkilatından bildirilib.

İxtisasca ingilis dili müəllimi olan Fuad Mehrəliyev 2017-ci ildə Astara şəhər 2 saylı tam orta məktəbdə işə başlayıb. Bir müddət sonra işçilərdən tələb olunan “haqqı” vermək istəməyib və buna sosial şəbəkədə etiraz etdiyi üçün Astara Təhsil Şöbəsi rəhbərliyinin hədəfinə tuş gəlib.

2018-ci ilin iyulunda Təhsil Şöbəsinin yeni müdiri Rəşad Həsənov müəllimin onun işçisi Emin Fətullayevi döydüyünü iddia edib, beləliklə də F.Mehrəliyevi “psixi xəstə” və “müəllimliyə yararsız” elan edərək məktəbdən kənarlaşdırıb.

Hətta müəllim məcburi şəkildə Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasına salınıb...

Haqqını media ilə yanaşı, məhkəmədə də arayan F.Mehrəliyev hakimlərin mübahisəli qərar çıxarmasından sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək qərarına gəlib. Bu isə rayon Təhsil Şöbəsi müdirini daha da təşvişə salıb. Və o, 2018-ci ildə biabırçı şəkildə məktəbdən çıxartdığı müəllimin 2020-ci ildə geri qayıtmasına razılaşmalı olub.

Beləliklə də F.Mehrəliyəv imtahan verərək, 2 il sonra Astara rayonunda məktəbə qayıdıb.

Qeyd edək ki, bu, Astara rayonunda ikinci analoji hadisədir. Daha öncə isə 2020-ci ilin may ayında, Astara şəhər 6 saylı məktəbin keçmiş psixoloqu Daşqın Əliyev 2 ildən sonra işə qaytarılmışdı. O, şagirdlərin bullinqə məruz qalmalarına və direktor Elçin Mirzəzadənin özbaşınalığına etiraz etdiyi üçün Rəşad Həsənov tərəfindən işdən çıxarılmasına “qol çəkilmişdi”.

Tarix
2021.01.27 / 10:09
Müəllif
Axar.az
Digər xəbərlər

Araz Nəsirov vəzifəsindən azad olundu

Azərbaycan 19 ölkənin adından çağırış etdi

Türkiyə ilə İsrail arasında münaqişə olsa... - Tramp

Azərbaycanla bu ölkə arasında ilk məsləhətləşmələr keçirildi

Elektron müraciətlərlə bağlı dəyişikliklər qüvvəyə minir

Məktəb uşaqları həyata, yoxsa imtahanlara hazırlayır?

Prezidentdən bu dövlət qulluqçularını sevindirəcək qərar

İlham Əliyevdən mühüm fərman: Daha iki idarə yaradılır

"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı

Bu institut ləğv edilir - Qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla