Yuxarı

Ombudsman qazilərlə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ombudsman qazilərlə görüşdü

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Vətən müharibəsində iştirak etmiş qazilər David Sadiyev və Ömər Mirzəxanovla görüş keçirib.

Ombudsman Aparatından Axar.az-a verilən məlumata görə, keçirilmiş görüşdə ABŞ-ın "Vaad L'hatzolas Nichei Yisroel" Beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinin direktor müavini, Bakı gürcü yəhudiləri dini icmasının sədri, görüşdə iştirak edən qazilərin də təhsil aldığı 46 nömrəli tam orta məktəbin yəhudi bölməsinin direktoru Rav Zamir İsayev də iştirak edib.

Ombudsman Səbinə Əliyeva qaziləri 44 günlük Vətən müharibəsində qazanılmış zəfər münasibətilə təbrik edib, onlara minnətdarlığını ifadə edib. Ombudsman Azərbaycanda mövcud olan bərabərlik və tolerantlıq mühitinə diqqət çəkib, ərazi bütövlüyümüzün təmin olunması uğrunda dilindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin dəstək göstərdiyini vurğulayıb.

Görüş zamanı Ombudsman qazilərin qayğıları ilə maraqlanıb.

Sonda qonaqlar göstərilən diqqətə görə Ombudsmana təşəkkür ediblər.

Tarix
2021.01.27 / 11:02
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla