Yuxarı

Tərtərdə ermənilərin dağıtdığı evlər bərpa edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tərtərdə ermənilərin dağıtdığı evlər bərpa edilir

Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsində 2020-ci ilin sentyabrın 27-dən başlayaraq mülki insanların daşınmaz əmlakına dəymiş ziyanın aradan qaldırılması məqsədilə 11 şəhər və rayon ərazisində bərpa və yenidənqurma işləri davam etdirilir.

Axar.az xəbər verir ki, Vətən müharibəsi zamanı daha çox ziyan görməsinə baxmayaraq düşmən hücumlarına qəhrəmancasına sinə gərən Tərtər rayonunda dağıntıya məruz qalan evlərin bərpa və inşasına start verilib.

Dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə ölkə başçısının 6 noyabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının Azərbaycan Respublikası Baş Nazirinin rəhbərliyi altında təşkil olunmuş fəaliyyəti nəticəsində qısa müddət ərzində obyektlərə baxışlar keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb.

Beləliklə, düşmənin terror hücumları nəticəsində ən çox mərmi düşən və ən çox dağıntıya məruz qalan qəhrəman şəhərdə vətəndaşların evlərinə dəyən ziyanla bağlı dövlət tərəfindən əşyalar üçün ödənilən kompensasiyadan sonra evlərin tikintisinə başlanılıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli və müzəffər Ordumuzun 2020-ci il sentyabrın 27-də başladığı sülhə məcburetmə əməliyyatlarının gedişində Ermənistan silahlı qüvvələrinin xain hücumları nəticəsində ölkəmizin bir sıra dinc şəhər və rayonları artilleriya və ballistik raket atəşinə tutularaq, insanlıq əleyhinə cinayətlər törədilib, günahsız şəxslər vəhşicəsinə qətlə yetirilib, mülki obyektlərə, fərdi yaşayış evlərinə və infrastruktura irimiqyaslı zərər vurulub.

Dəymiş bu ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə ölkə başçısının 6 noyabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının Azərbaycan Respublikası Baş Nazirinin rəhbərliyi altında təşkil olunmuş fəaliyyəti nəticəsində qısa müddət ərzində ümumilikdə 11 şəhər və rayon ərazisində 10000-dən artıq obyektə baxışlar keçirilmiş, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb. Belə ki, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması üzrə işlərə Gəncə, Mingəçevir, Tərtər və Naftalan şəhərlərində, habelə Füzuli, Cəbrayıl, Goranboy, Ağdam, Ağcabədi, Beyləqan və Bərdə rayonları ərazisində paralel olaraq başlanılıb

Tarix
2021.01.27 / 14:37
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın

Azərbaycanın diaspor nümayəndələri saxlanıldı - Video

Zəngəzur dəhlizi ilə bir neçə məqsədə nail olacağıq

Bu ölkə ilə ilk siyasi məsləhətləşmələr keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla