Yuxarı

Bu provayderdə internet sürəti niyə zəifdir? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu provayderdə internet sürəti niyə zəifdir? - Açıqlama

Son günlər sosial şəbəkələrdə KATV internet provayderində internetin verilməsi ilə bağlı problemlər olduğu bildirilir.

Şirkətin müştəriləri internetin sürətinin zəif olması səbəbindən görüntülü canlı bağlantıların mümkün olmadığını, hətta bəzən internetin tamamilə itdiyini qeyd edirlər.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən KATV-nin mətbuat katibi Pərvin Sadıqov bildirib ki, internetin sürəti ilə bağlı hansısa problem qeydə alınmayıb:

"Bir müddət əvvəl mövcud vəziyyətlə əlaqədar ölkədə bütün provayderlərdə internetin sürətində problemlər yaşanırdı. Lakin hazırda KATV-nin fəaliyyətində heç bir problem yaşanmır. İnternet elə bir xidmət növüdür ki, sürətin zəif olması avadanlıqdan, xəttdən, şifrənin başqaları tərəfindən sındırılmasından və s. səbəblərdən də ola bilər. Həmçinin müştərinin qonşusu daha güclü modemdən, özü isə zəif modemdən istifadə edərsə, bəzən siqnallar bir-birinə qarışar və sürət zəifləyə bilər. Abunəçilərimiz problemin provayderdən olub-olmamasını bilmək üçün vayfayla deyil, xəttə notbuk və kompüterlə qoşularaq da yoxlaya bilər. Əgər qoşulmada problem yaranarsa, şirkətimizlə əlaqə saxlaya bilərlər. Problemlərin qeydə alındığı konkret ünvan olarsa, 7 gün, 24 saat fəaliyyət göstərən qəza briqadalarımız nasazlığı dərhal aradan qaldırar".

Tarix
2021.01.28 / 01:15
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

Estoniya xarici işlər naziri Bakıya gəlir

İlham Əliyev sərgidən video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla