Yuxarı

Bakıda satış yarmarkaları fəaliyyətə başlayır - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabahdan etibarən Bakıda satış yarmarkaları fəaliyyətə başlayacaq.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 28-dən etibarən Yeni il bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sahibkarlarla birgə Bakı şəhərinin müxtəlif yerlərində satış yarmarkaları təşkil olunacaq.

Yarmarkalar 28-31 dekabr tarixlərində fəaliyyət göstərəcək.

Yarmarkalar aşağıdakı ünvanlarda təşkil ediləcək:

Binəqədi rayonu

- Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə litseyinin həyəti;

Xətai rayonu

- Bakı kinoteatrının yanı;

Nərimanov rayonu

- Əliyar Əliyev küçəsi 26, "Bakı Taxıl" ASC-nin ərazisi;

Nəsimi rayonu

- "Təzə bazar"ın ərazisi;

Səbail rayonu

- Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı;

Suraxanı rayonu

- Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 2;
- Yeni Günəşli qəsəbəsi, "Günəş" ticarət mərkəzinin yanı;

Yasamal rayonu

- Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yanı.

Tarix
2013.12.27 / 20:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla