Yuxarı

Bu dövlət qurumunda kütləvi ixtisarlar başladı - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu dövlət qurumunda kütləvi ixtisarlar başladı - Ekspert

Sosial şəbəkələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda işçilərin kütləvi şəkildə ixtisar edilməsi barədə məlumatlar paylaşılır. Bildirilir ki, dövlət qurumunda son 2 ayda 1200-ə yaxın işçi işdən azad edilib.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib ki, nazirlikdə ixtisarların olması barədə onun da məlumatı var:

"Nazirlikdə ixtisarların olduğunu eşitsəm də, işdən çıxarılanların sayının 1200 nəfər olması barədə məlumatım yoxdur. Nazirliyin sistemində islahalatlar aparılır və tabeliyindəki bəzi dövlət qurumları publik hüquqi şəxslərə çevrilib. Nazirliyin digər qurumlarında da müvafiq təşkilat daxili islahatlar gedir. Lakin bu dəyişikliklər işçilərin ixtisarına səbəb olmamalıdır. Publik hüquqi şəxsə çevrilmək və ya təşkilat daxili dəyişikliklər işçilərin kütləvi ixtisarına gətirməməlidir. Nazirliyin publik hüquqi şəxsə çevrilmiş qurumlarında artıq Əmək Məcəlləsi tətbiq olunur. Əvvəl onların fəaliyyətini Dövlət Qulluğu haqqında qanun tənzimləyirdi. İndi isə publik hüquqi şəxs olduğu üçün bu məsələlər Əmək Məcəlləsi ilə tənzimlənir. Əmək Məcəlləsində isə müəssisənin hüquqi statusunun dəyişməsinin işçilərin əmək müqaviləsinə xitam verilməsinə səbəb olmaması bildirilir. İşçilərin əmək funksiyaları qalırsa, onlar ixtisar olunmamalıdır. Dövlət Sosial Müdafiə Fondu isə əvvəlki kimi dövlət orqanı olaraq qalır. Bildiyim qədər nazirlikdə kütləvi ixtisarlar yoxdur".

Tarix
2021.02.05 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

ABŞ İrəvandakı bu mərkəzi Rusiyaya qarşı istifadə edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla