Yuxarı

Naxçıvan Özәl Universitetinin tələbələri imdad diləyir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvan Özәl Universitetinin tələbələri imdad diləyir

"Bir balaca saçı olan oğlan tələbələri dərsə buraxmırlar. Təhsil də sıfırdır. Və bu rejimə görə tələbələr üniversitetdən çıxırlar",- bu barədə "Qaynar.info"ya Naxçıvan Özəl Universitetinin tələbələri məlumat veriblər.

Tələbələr yazıblar: "Bu gün hər kəsə saça görə qaib yazıblar. Bir balaca saçı olanı dərsə buraxmırlar. Təhsil də sıfırdı və bu rejimə görə tələbələr universitetdən çıxırlar. Bizim də burada əlimiz, qolumuz bağlıdır, bir şey edə bilmirik. Buradakı vəziyyəti dəyişmək üçün dəstəyə ehtiyacımız var. Bunu yetərincə ictimailəşdirmək lazımdır. Kömək edin. Hər şey öz əlimizdə olmasa da, bir olaq, bir şey edək".

Sayt məsələ ilə bağlı Naxçıvan Özəl Universiteti ilə əlaqə saxlayıb. Özünü Universitetin rektorunun köməkçisi kimi təqdim edən Vüqar Ələkbərov faktı təsdiqləyib: "Bəli, biz tələbələrin saçının çox olmasına, üzlərinin tüklü olmasına nəzər yetiririk. Biz tələbələrə bununla bağlı xəbərdarlıq eləmişik. Bu xəbərdarlığa bəzi tələbələr əməl edir, bəziləri isə əməl etmir. Elə tələbələr var ki, saçları uzun olur. Tələbə dərsə girirsə, heç olmasa onun saçı qaydasında olmalıdır".

Daha sonra Universitetin prorektoru İbrahim Kazımbəyli sayta zəng edərək bildirib ki, bu informasiya yanlışdır: "Biz saçı uzun yox, saqqallı tələbələrlə görüşüb danışırıq və təbliğat aparırıq ki, universitetə bu şəkildə gəlmək düzgün deyil, səliqəli olsunlar".

Tarix
2013.10.23 / 18:34
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla