Yuxarı

Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçəcək - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:45

Fevralın 9-da Ermənistanın Baş prokuroru Artur Davtyanın Qarabağın dağlıq hiissəsinə səfər etdiyinə dair məlumat yayılıb. Ermənistanın kütləvi informasiya vasitələri məlumat verib ki, o, Xankəndiyə gələrək separatçıların başçısı Araik Arutyunyanla görüşüb.

Ancaq rəsmi olaraq belə bir görüşün olduğu barədə hər hansı açıqlama verilmədi. Bəzi erməni media orqanları bunu Bakının xəbərdarlığı ilə bağladı...

Qeyd edək ki, hələ yanvarın əvvəlində Ermənistan xarici işlər naziri Ara Ayvazyanın Qarabağa səfərindən sonra Prezident İlham Əliyev bu ölkəyə xəbərdarlıq etmişdi. Dövlət başçısı bu cür səfərlərə son qoyulmasa, Azərbaycanın cavabının sərt olacağını bəyan etmişdi.

Azərbaycan Xarici İşlər Nazirliyi də onlarla razılaşdırılmayan bu səfərin 10 noyabr bəyanatına zidd olduğunu bildirib. Qurum vurğulayıb ki, öhdəlikləri rəsmi İrəvanın pozması təxribatdır və daxili auditoriyaya hesablanmış bu kimi əməllər bölgədə vəziyyətin normallaşmasına xidmət etmir.

Axar.az xəbər verir ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas "Turan" agentliyinə açıqlamasında hər şeyin öz vaxtı olduğunu bildirib:

"Yuxuda görmədiyimizi həyatda gördük. 44 gün ərzində Azərbaycan minlərlə kvadratkilometrlik ərazini təmizlədi, Şuşada bayrağını sancdı. Birdən-birə hər şeyi həll etmək mümkündürmü?"

Deputatın fikrincə, Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçəcək:

"10 noyabrda imzalanmış bəyanatda Ermənistanla Qarabağın arasında dəhlizin yaradılması əksini tapıb. Həmin dəhliz yəqin ki, bir müddətdən sonra Azərbaycanın nəzarəti altında olacaq. Biz Laçında gömrüyümüzü quracağıq, orada sərhədimiz olacaq və bu, tezliklə baş verəcək. Bu barədə hətta Rusiya mətbuatı yazır. Gürcüstandan, Rusiyadan Azərbaycana insanlar necə gəlirlərsə, onlar da belə gəlib-gedə bilər".

A.Abbas qeyd edib ki, bir müddət əvvəl Rusiya sülhməramlıları Ermənistandan Qarabağa gələn Fransadan olan jurnalistləri buraxmayıb: "Çünki Azərbaycan hökuməti bildirib ki, Azərbaycanın icazəsi olmadan heç kəs gələ bilməz".

Deputat əlavə edib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını, qanunlarını qəbul edərlərsə, qalıb maneəsiz yaşaya bilərlər: "Bu qədər gözləmişik, indi istəyirik iki ayın içində bütün məsələlər həll olunsun. Biz artıq sərhədi qura-qura gedirik və hətta Ermənistanın yoluna nəzarət edirik. Sadəcə, tələsmək lazım deyil".

Tarix
2021.02.18 / 12:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla