Yuxarı

Zakir Həsənov qırğız həmkarı ilə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Həsənov qırğız həmkarı ilə görüşdü - Foto

Qırğızıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 1-də Bişkək şəhərindəki Qələbə meydanında yerləşən Əbədi məşəl abidə kompleksini ziyarət edərək əklil qoyub.

Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, sonra Qırğızıstanın Müdafiə naziri cənab Abibilla Kudayberdiyev tərəfindən general-polkovnik Z.Həsənovun rəsmi qarşılanma mərasimi keçirilib.

Nümayəndə heyətlərinin iştirak etdiyi görüşdə ölkələrimiz arasında aparılan danışıqların və keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb, hərbi sahədə əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi və kadr hazırlığı məsələlərinə xüsusi diqqət yetirilib.

Sonra Müdafiə Nazirliyinin nümayəndə heyəti Koy-Taş şəhərində yerləşən Qırğızıstan Silahlı Qüvvələrinin Döyüş Hazırlığı Mərkəzində olub. Mərkəzin tarixi, fəaliyyəti və strukturu haqqında qonaqlara brifinq təqdim olunub.

Səfər iyunun 2-dək davam edəcək.

Tarix
2015.06.01 / 11:44
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla