Yuxarı

Bakı-Sumqayıt sərnişinlərinə müjdə - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-Sumqayıt sərnişinlərinə müjdə - Foto

"İkimərtəbəli qatarlar Bakı-Sumqayıt istiqaməti nəzərdə tutulub. Lakin hələlik Avropa Oyunları ərzində Bakı sərnişin stansiyası ilə "Koroğlu" metro stansiyası arasında hərəkət edərək sərnişinləri, turistləri və idmançıları aparıb gətirəcək".

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat katibi Nadir Əzməmmədov QSC-nin İsveçrənin "Stadler Rail Group" şirkətindən aldığı KİSS markalı ikimərtəbəli elektrik qatarı ilə bağlı danışarkən bildirib.

N.Əzməmmədovun sözlərinə görə, Avropa Oyunlarından sonra ikimərtəbəli qatarlar Bakı-Sumqayıt istiqamətində işləyəcək. Qatarlarda gedişhaqqının nə qədər olacağı isə hələlik məlum deyil:

"Qiymətlərin nə qədər olacağına hələ baxılacaq. Həm də bunu biz müəyyən etmirik".

QSC mətbuat katibinin sözlərinə görə, qatarların istifadəyə veriləcəyi tarix konkretləşməyib.

Xatırladaq ki, dəmir yolu nəqliyyat sisteminin modernləşdirilməsi üzrə Azərbaycan Dəmir Yolları QSC ilə "Stadler Rail Group" şirkəti arasında artıq uzun müddətdir danışıqlar aparılır. Bu il mayın 13-də Bakıda keçirilən "TransCaspian-2015" beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi çərçivəsində "Stadler Rail Group" şirkətindən KİSS markalı 5 ədəd ikimərtəbəli elektrik qatarının alınması üzrə saziş imzalanıb. Artıq ikimərtəbəli qatarlardan biri dünən Bakıya gətirilib.

Tarix
2015.06.01 / 18:46
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla