Yuxarı

Rayondan Bakıya gələnlər belə saxlanılır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rayondan Bakıya gələnlər belə saxlanılır - Foto

I Avropa Oyunları ilə əlaqədar olaraq bu gün 16:30-dan başlayaraq rayon qeydiyyatında olan avtomobillərin Bakı şəhəri ərazisinə girişinə qadağalar tətbiq olunmağa başlanılıb. Report.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin 6-cı tağımının baş inspektoru, polis baş leytenantı Bakir Həsənov məlumat verib.

Onun sözlərinə görə, Bakı şəhəri ərazisinə daxil olmaq istəyən sürücülərə tövsiyə olunur ki, ya hərəkət istiqamətini dəyişsinlər, ya da nəzərdə tutulmuş dayanacaqlarda avtomobillərini park edərək ictimai nəqliyyatdan istifadə etməklə şəhərə daxil olsunlar: "Bütün bunlar vətəndaşların Bakı şəhəri ərazisinə daxil olmasını qadağan etmir. Sadəcə, Olimpiya iştirakçılarının, idamançıların və sakinlərin təhlükəsizliyini təmin etmək, eyni zamanda, sıxlığın və tıxacların qarşısını almaq məqsədilə I Avropa Oyunları bitənə qədər bu kimi vasitələrdən istifadə olunacaq".

B.Həsənov əlavə edib ki, DYP-nin əməkdaşları təyin olunan ərazilərdə 24 saat xidmət aparacaqlar. "Burada təkcə rayon qeydiyyatında olan maşınlar deyil, eyni zamanda, texniki nasaz olan avtomobillər də Bakı şəhəri ərazisinə buraxılmayacaq. Avtomobillərin ön və arxa hissələrində müəyyən detalların olmaması, əlavə avadanlıqlar quraşdırılan avtomobillərin də Bakı şəhəri ərazisinə daxil olmasına qadağalar qoyulub. Bütün bunlara nəzarət isə DYP əməkdaşlarına həvalə olunub və onlar təyin olunan ərazilərdə növbəli şəkildə 24 saat xidmət aparacaqlar".

Tarix
2015.06.01 / 22:04
Müəllif
Axar.az
Digər xəbərlər

Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla