Yuxarı

Millət vəkili şəhidlərin valideynləri ilə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:17

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsinin şəhidi Vüsal Şirinovun atası, Qusar rayonunun Ləgərqışlaq kənd sakini Novruz Şirinovla Milli Məclisdə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə Axıska Türklərinin “Vətən” İctimai Birliyinin başqanı İsmayıl Rəhimov, Birliyin Şimal bölgə başqanı Səlimcan Rizmanov iştirak edib.

Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş 18 yaşlı əsgərin atasına müraciət edən Q.Paşayeva əsgərin döyüş yolu və ailənin qayğıları ilə maraqlanıb, öz ürək sözlərini bölüşüb. Bildirilib ki, şəhidimiz döyüşdə göstərdiyi qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

“Vüsal kimi gənclərimizlə hər zaman qürur duyacağıq!” – millət vəkili deyib.

Şəhid atasına Komitə adından məktub və xatirə hədiyyələri təqdim edilib.

***

Qənirə Paşayeva daha bir şəhid valideyni - Neftçala rayonu, Xolqarabucaq kənd sakini, Vətən müharibəsinin şəhidi Səid Zəfər oğlu Cəfərovun anası Könül xanım Cəfərova ilə Mədəniyyət Komitəsində görüşüb, şəhidin döyüş yolu ilə maraqlanıb, ürək sözlərini bölüşüb.

Bildirilib ki, hərbçi olmaq Səid Cəfərovun uşaqlıq arzusu olub. O öz arzusunu gerçəkləşdirərək, Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrinin baş çavuşu olub.

2019-cü ildə qardas Türkiyədə Jandarma Komando Özəl Asayiş Komutanlığında kurs keçib, kursda fərqləndiyinə görə “Təqdir Bəlgəsi” ilə təltif edilib. Səid Cəfərov ölkədaxili təlimlərdə də həmişə fəal iştirak edərək fərqlənib, "Fəxri fərman"larla təltif olunub.

“Vətən Müharibəsinin ilk günündən döyüşlərdə olan Səid Murovdağ, Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd, Tuğ, Şuşa istiqamətində fədakarlıqla döyüşüb. Növbəti döyüş başlamadan öncə Səidin bacısına yazdığı "Əgər bu gün bu torpaqlar işğaldan azad edilməsə, gələcək nəsillər bizə nifrət edər!" ismarışı onun vətəncanlılığını, hərbçi məsuliyyətini parlaq şəkildə ifadə edir. Şəhid oğlunuz Azərbaycan Prezidentinin sərəncamları ilə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Səid kimi Vətən oğullarının həyatının ədəbi, bədii əsərlərə mövzu olacağına inanıram”, - millət vəkili deyib.

Şəhid zabitin ailəsinə Komitə adından məktub və xatirə hədiyyəsi təqdim edilib.

Tarix
2021.02.22 / 21:51
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp istədi, AB əməl edir: Rusiyadan idxal dayandırılır...

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla